İrəvan erməniləri Qarabağdan çıxarmağa hazırlaşır

 İrəvan erməniləri Qarabağdan çıxarmağa hazırlaşır
  28 Sentyabr 2020    Oxunub:2953
Ermənistan Dağlıq Qarabağdan erməni əhalinin təxliyə olunmasını nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan "Danışır Moskva" radiostansiyasına müsahibəsində deyib.

“Bölgədə vəziyyətin gərginləşməsi halında, Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq”, - deyə erməni səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan   İrəvan  





Xəbər lenti