Məşhur müğənni Amerikadan qovula bilər

Məşhur müğənni Amerikadan qovula bilər
  30 Yanvar 2014    Oxunub:1355
Bununla bağlı ABŞ hakimiyyətinə edilən müraciət bir həftə ərzində 102 min imza toplayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, kanadalı müğənni, 20 yaşlı Castin Biber ABŞ sakinlərinin qəzəbinə tuş gəlib.

Florida ştatının Mayami şəhərində qanunsuz maşın yarışlarında iştirak edən Biber sükan arxasında sərxoş vəziyyətdə olub və saxlanılan zaman polisə müqavimət göstərib. Həbs olunduqdan sonra Biber alkoqol və marixuana qəbul etdiyini etiraf etmişdi. Sonradan məhkəmə onu zaminə buraxmışdı.

Bundan sonra amerikalılar kanadalı musiqiçinin ölkədə yaşama icazəsinin ləğv olunması və ölkədən deportasiya olunması ilə bağlı Ağ Evə petisiya təqdim ediblər. Artıq 102 min nəfər petisiyanı imzalayıb.

“Biz istəyirik ki, təhlükəli, ağılsız, destruktiv və narkotika aludəçisi Castin Biber deportasiya olunsun, onun Green Card-ı isə geri alınsın. O nəinki xalqımızın rifahına təhlükə törədir, həm də bizim gənclərə pis nümunə olur. Biz xalq olaraq Castin Biberi cəmiyyətimizdən təcrid olunmasını tələb edirik”.-deyə petisiyada deyilir.

Bununla yanaşı, “Biberin deportasiya olunmaması ilə bağlı petisiya da Ağ Evin rəsmi saytında yerləşdirilib. Lakin hələllik ki, yalnız 491 nəfər bu sənədi imzalayıb.
Xatırladaq ki, sadə kanadalı yeniyetmə olan Castin Biber Youtube hostinqinə yerləşdirdiyi şəxsi ifaları ilə məşhurluq qazanmışdı.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti