“Oskar” mükafatı ilə bağlı qalmaqal- VİDEO

“Oskar” mükafatı ilə bağlı qalmaqal- VİDEO
  30 Yanvar 2014    Oxunub:1750
“Oskar” kinoakademikləri “Ən Yaxşı mahnısı” nominasiyasındakı namizədlərdən birini ixtisar edib.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, “Oskar” kinomərasimində “Ən Yaxşı Mahnı” nominasiyasında bir namizəd ləğv olunub.

Belə ki, “Təklik hələ tənhalıq deyil” filmində səslənən kompozisiya “Oskar” uğrunda mübarizə apara bilməyəcək. Bəstəkar Bryus Brotonun bəstələdiyi kompozisiya “ədalətli rəqabət qaydaları”nı pozduğuna görə geri göndərilib. Jurnalistlərin məlumatına görə, əsas səbəb mahnı müəlliflərinin “Oskar”ın məhz “Ən Yaxşı mahnı” kateqoriyasında nominantların seçilməsinə cavabdeh olmaları olub.

“Təklik hələ tənhalıq deyil” filmindəki eyniadlı mahının “Oskar”a nominant olması böyük təəccüblə qarşılanmışdı. Aparıcı kino saytlarında filmlə bağlı heç bir resenziya yox idi. “Təklik hələ tənhalıq deyil” filmi 1750-ci ildə Pensilvaniyadakı ailələrindən ayrılan Barbara və Regina Lyaninger adlı alman mühacirlərinin taleyindən bəhs edir.

Aydın olub ki, filmin nominant olmasına səbəb geniş təqdimatının 2014-cü ilin martında planlaşdırılmasına baxmayaraq, 2013-cü ilin sentyabrında bir həftə ərzində kinoteatrlarda nümayiş olunub.



Vüqar İsamyılov


Teqlər:  





Xəbər lenti