Rusiya Dövlət Duması Qarabağla bağlı bəyanat qəbul etdi
Dövlət Dumasının bəyanatında dərhal atəşkəsə ehtiyac olduğu, bölgədə gərginliyin qarşısının alınmasının vacibliyi vurğulanıb, vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığı qeyd olunub.
Rusiyalı deputatlar münaqişə zonasında çoxsaylı insan ölümünə səbəb olan vəziyyətin kəskin gərginləşməsindən ciddi narahatlıq ifadə edərək, tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırıb, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazırdır olduqlarını ifadə ediblər.
Dövlət Dumasının bəyanatı Rusiya Federasiyası Prezidentinə, Rusiya hökumətinə, Azərbaycan və Ermənistan parlamentlərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, KTMT PA, MDB PA, AŞPA və ATƏT PA-ya göndəriləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DövlətDuması