Ukrayna XİN: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

  Ukrayna XİN:  “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
  30 Sentyabr 2020    Oxunub:2079
Ukrayna Dağlıq Qarabağ münaqişəsini dövlətlərin ərazi bütövlüyü prinsipi ilə həll etməyə çağırır.
Azvision.az xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba deyib.

"Bu hadisələrin inkişafını (Dağlıq Qarabağ - red.) yaxından izləyirik. Müharibə həmişə kədər, itki, dağını deməkdir. Ukrayna xarici siyasətinin təməl daşlarından biri dövlətlərin ərazi bütövlüyünə dəstəkdir. Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik".

XİN rəhbəri əlavə edib ki, hazırkı vəziyyət dondurulmuş münaqişələrin heç də dondurulmuş deyil, istənilən an partlaya biləcəyini göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   XİN  





Xəbər lenti