Polad Bülbüloğlu: “Reaksiya çox mənfi olacaq”
"Reaksiya çox mənfi olacaq. O zaman bu sona kimi gedəcək”, - deyən səfir Ermənistanın baş naziri Nikol Paşinyanı faciənin günahkarı adlandırıb, onun sərt açıqlamalarla danışıqlar prosesini məhv etməyə çalışdığını deyib.
Diplomatın sözlərinə görə, Azərbaycan erməniləri Qarabağdan qovmaq məqsədi güdmür, əksinə hər kəsin orada birlikdə yaşaya bilməsi üçün azərbaycanlıları oraya qaytarmaq istəyir.
Səfir qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin həllini erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması, sərhədlərin açılmasını və ticarətin bərpası, daha sonra Dağlıq Qarabağın statusunun müzakirəsində görür.
Pərvanə Sultanova
Azvision.az