Prezidentə oxşayan aktyora qadağa qoyuldu-FOTO

Prezidentə oxşayan aktyora qadağa qoyuldu-FOTO
  30 Yanvar 2014    Oxunub:1149
İranın məşhur aktyorlarından biri Mahmud Bəsri ölkənin keçmiş prezidenti Mahmud Əhmədnejada oxşadığına görə, ona aktyorluq etməyə icazə verilmədiyini açıqlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı aktyor əvvəl bu qadağanı ciddi qəbul etməyib. Mahmud Bəsri vəkillərin “səhnəyə çıxmağa icazə verilmədiyindən xəbəriniz varmı?” sualını verəndən sonra öyrənib ki, prezidentə oxşadığına görə səhnəyə çıxa bilməz. Uzun illər komediya janrında çəkilən tamaşalarda, səhnəciklərdə rol alan aktyora 8 il ərzində heç bir səhnəcikdə rol verilməyib: “Əvvəl inanmamışdım, gülmüşdüm. Sonradan gördüm ki, həqiqətdir. Bir-iki sənət yoldaşımdan başqa heç kim bu qadağadan sonra nələr yaşadığımı bilmir. Bu müddət ərzində televiziya kanallarından rol aldığım kliplər də çıxarılıb”.
Bəsiri qeyd edib ki, onun prezident seçkiləri ilə bağlı irəli sürdüyü bir layihə də qəbul edilməyib. Aktyor deyib ki, nə vaxtsa icazə ala bilsə, Mahmud Əhmədnejatın rolunu ifa edə bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti