Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  01 Oktyabr 2020    Oxunub:1990
Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1391 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8195, virusa yoluxanlar isə 318 663 nəfərə çatıb.

Türkiyədə indiyədək 279 749 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti