Makron Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdi

 Makron Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdi
  01 Oktyabr 2020    Oxunub:4749
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini, eləcə də Belarusla bağlı məsələləri müzakirə ediblər.

Məlumata görə, Putin və Makron münaqişə zonasında vəziyyətin kəskinləşməsini pisləyib, döyüş əməliyyatları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: Makron   Putin   Qarabağ  





Xəbər lenti