“7 şəhid qardaşıma borcum var” - Keçmiş kəşfiyyatçı

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yenidən döyüşmək üçün müraciət etmişəm. Hərbi geyimim hazırdır. Sadəcə komanda gözləyirik. Bu gün tək mən yox, bütün qazilər yenidən döyüşməyə hazırdır. Ordumuza, əsgərlərimizə, döyüşçülərimizə ümidimiz çox böyükdür. Əldə olunan nəticələri görürük və sevincimizin həddi-hüdudu yoxdur. Bizə başqa yer lazım deyil. Bizə öz torpaqlarımız lazımdır. Çox güman ki, bizə də ehtiyac olacaq və döyüşə çağıracaqlar”.
Qeyd edək ki, 23 il əvvəl iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb. Lakin düşmən tərəfindən ikinci qrup mühasirəyə düşüb və təslim olmalarını söyləyiblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. A.Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır.
Bəxtiyar Məmmədov
Azvision.az
Teqlər: Qazi Aqil-Əhmədov