Yanukoviç şikayətləndi

Yanukoviç şikayətləndi
  31 Yanvar 2014    Oxunub:1250
Hakimiyyət böhranın nizamlanması üzrə bütün öhdəlikləri yerinə yetirib.
Ukrayna Prezidenti Viktor Yanukoviç bəyan edib ki, hakimiyyət ölkədə vəziyyətin nizamlanması ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, lakin müxalifət vəziyyəti gərginləşdirməyə davam edir.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidentinin ölkə vətəndaşlarına ünvanladığı müraciətdə deyilir ki, parlamentin qəbul etdiyi amnistiya haqqında qanun etraz aksiyaları iştirakçılarının azadlığını və saxlanılanların azad edilməsini təmin edir.

Onun sözlərinə görə, mövcud vəziyyətlə bağlı müxalifətlə konkret razılaşmalar əldə olunub.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.


Teqlər:





Xəbər lenti