`Möhtəşəm yüz yıl`ın azərbaycanlı üçəm `ulduzları`- FOTO

`Möhtəşəm yüz yıl`ın azərbaycanlı üçəm `ulduzları`- FOTO
  31 Yanvar 2014    Oxunub:1815
“AzTV”-nin keçmiş aparıcısı Esmira Çərkəzqızının üçəm körpələri Türkiyənin məşhur “Möhtəşəm Yüz Yıl” serialında çəkiliblər.

AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hazırda Türkiyədə yaşayan aparıcı açıqlama verərək bildirib ki, təklif onlar üçün gözlənilməz olub: “Sözün düzü, bu təklifi “Möhtəşəm Yüz Yıl” serialının komandasından gözləmirdim. Təklif mənim üçün sürpriz oldu. Belə ki, həmin filimin rejissorları ekran işində rol almaq üçün üçəm körpə axtarırmış. Uşaqlarımı dünyaya gətirdiyim “Acı badem” xəstəxanasından isə mənim körpələrimin şəkillərini göstəriblər. Filmi çəkənlər də bəyənib bizlə əlaqə saxladılar, danışdıq, razılaşdıq. Yanvarın əvvəllərində çəkilişlər başladı və serialın dünənki bölümündə yayımlandı.

Aparıcı onu da əlavə edib ki, övladları ilə bağlı ona növbəti reklam təklifləri də gəlib.

Qeyd edək ki, türkiyəli hərbçi Tayyar Sayğılı ilə ailə quran E.Çərkəzqızının üçəm (2 oğlu, 1 qız)övladı var.

Qalereya




Teqlər:  





Xəbər lenti