“Azərbaycan üçün canımızı verməyə hazırıq” - Dmitri Sinqin

“Azərbaycan üçün canımızı verməyə hazırıq” -  Dmitri Sinqin
  02 Oktyabr 2020    Oxunub:3975
Ordumuzun cəbhədə erməni silahlı qüvvələrinin təxribatlarını fəal və uğurlu şəkildə dəf etməsi milliyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşını ilhamlandırdı. Hamı vətəninin ərazi bütövlüyünü qorumağa hazırdır, azərbaycanlılar, ruslar, ləzgilər, tatarlar, avarlar, yəhudilər, talışlar və bir çox başqa xalqların nümayəndələri çiyin-çiyinə düşməni torpaqlarımızdan qovmağa qərarlıdırlar.
Azvision.az xəbər verir ki, onlardan biri də müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının daxil olduğu beynəlxalq batalyonun tərkibində ölkənin ərazi bütövlüyünü qoruyan, Bakı şəhər sakini, Birinci Qarabağ müharibəsi veteranı Dmitri Sinqindir.

"Mən nə o zaman, nə indi dinc Azərbaycan əhalisini oradan qovan, torpaqlarımızı ələ keçirən düşmən tərəfindən vətənimin təhdid olunduğu bir vaxtda, kənarda qala bilmərəm. Birinci Qarabağ müharibəsi zamanı aldığım çoxsaylı yaralara baxmayaraq, şanlı Ordumuzun sıralarına qoşulmağa və Qarabağın azad edilməsində iştirak etməyə can atıram. Xoşbəxtlikdən müvafiq təcrübəm var", - Sinqin deyib.

O əlavə edib ki, düşmən hiyləgərdir. Döyüş meydanında birmənalı şəkildə məğlub olur və bu səbəbdən də çox sayda saxta məlumatlarla informasiya sahəsinə keçir.

"Məsələn, guya Azərbaycan milli azlıqları zorla cəbhəyə göndərir. Əlbəttə, bu açıq-aydın bir yalandır. O vaxt heç kim bizi 90-cı illərdə məcbur etmədi və indi heç kim bizi cəbhəyə getməyə məcbur etmir. Hamımız üçün Azərbaycan Vətənimizdir, onun üçün canımızı verməyə hazırıq. Hamımız - azərbaycanlılar, ruslar, ləzgilər, talışlar, yəhudilər və Azərbaycanımızda yaşayan digər xalqlar - vətənpərvərik. Bununla hər şey deyildi. Qalanını isə döyüş meydanında düşməni torpaqlarımızdan qovanda deyəcəyik", - deyə keçmiş döyüşçü vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Müharibə   Döyüş  





Xəbər lenti