“Azərbaycan üçün canımızı verməyə hazırıq” - Dmitri Sinqin
"Mən nə o zaman, nə indi dinc Azərbaycan əhalisini oradan qovan, torpaqlarımızı ələ keçirən düşmən tərəfindən vətənimin təhdid olunduğu bir vaxtda, kənarda qala bilmərəm. Birinci Qarabağ müharibəsi zamanı aldığım çoxsaylı yaralara baxmayaraq, şanlı Ordumuzun sıralarına qoşulmağa və Qarabağın azad edilməsində iştirak etməyə can atıram. Xoşbəxtlikdən müvafiq təcrübəm var", - Sinqin deyib.
O əlavə edib ki, düşmən hiyləgərdir. Döyüş meydanında birmənalı şəkildə məğlub olur və bu səbəbdən də çox sayda saxta məlumatlarla informasiya sahəsinə keçir.
"Məsələn, guya Azərbaycan milli azlıqları zorla cəbhəyə göndərir. Əlbəttə, bu açıq-aydın bir yalandır. O vaxt heç kim bizi 90-cı illərdə məcbur etmədi və indi heç kim bizi cəbhəyə getməyə məcbur etmir. Hamımız üçün Azərbaycan Vətənimizdir, onun üçün canımızı verməyə hazırıq. Hamımız - azərbaycanlılar, ruslar, ləzgilər, talışlar, yəhudilər və Azərbaycanımızda yaşayan digər xalqlar - vətənpərvərik. Bununla hər şey deyildi. Qalanını isə döyüş meydanında düşməni torpaqlarımızdan qovanda deyəcəyik", - deyə keçmiş döyüşçü vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ Müharibə Döyüş