Prezident və ailəsi Novruz şənliyində - FOTOSESSİYA

Prezident və ailəsi Novruz şənliyində - FOTOSESSİYA
  19 Mart 2013    Oxunub:1570
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Şənliklərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Meydana toplaşmış şəhər sakinləri, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Sonra dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parka gəliblər. Prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyib.

Daha sonra dövlətimizin başçısı və xanımı bayram konsertini izləyiblər.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izləyən prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim mərasimdə İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içiblər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.

Qalereya




Teqlər:  





Xəbər lenti