Koronavirusa yoluxanların sayı 35 milyonu keçib

 Koronavirusa yoluxanların sayı 35 milyonu keçib
  04 Oktyabr 2020    Oxunub:1832
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 35 milyon 135 min 522 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 37 min 977 nəfərdir.

İndiyədək 26 milyon 126 min 909 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti