Merkel tərəfləri humanitar fasiləyə çağırdı

Merkel tərəfləri humanitar fasiləyə çağırdı
  04 Oktyabr 2020    Oxunub:1476
Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Dağlıq Qarabağda münaqişənin kəskinləşməsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Urike Demmer deyib.

“Kansler davam edən toqquşmalardan və qurbanların sayının artmasından narahatlığını bildirdi. Tərəflərin hərbi əməliyyatları dayandırması və danışıqları davam etdirməsinin zəruriliyini vurğuladı”, - deyə Almaniya hökumətinin rəsmisi bildirib.

O əlavə edib ki, Merkel ölən əsgərlərin cəsədlərinin döyüş bölgəsindən çıxarılması üçün humanitar fasilə barədə razılığa gəlinməsinə çağırış edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti