Türkiyə XİN-dən Gəncəyə raket atılmasına reaksiya

Türkiyə XİN-dən Gəncəyə raket atılmasına reaksiya
  04 Oktyabr 2020    Oxunub:3167
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutuması ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəynatda deyilir:

"Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki insanları hədəf alan bu günki hücumları Ermənistanın hüquq tanımayan mövqeyinin növbəti təzahürüdür. Bu hücumları qınayırıq. İşğal etdiyi Azərbaycan ərazilərindəki məğlubiyyətlə üzləşən Ermənistan, başda Cenevrə Konvensiyası olmaqla, bütün humanitar hüquq prinsiplərini pozur və işğal etdiyi ərazilərdən kənarda yerləşən bölgələrin mülki yaşayış məntəqələrinə hücum edir.

Bu hücumlar Ermənistanın üzləşdiyi ümidsizliyin və işğalın davam etdirilməsi üçün insanlığa qarşı cinayətlər törətməkdən çəkinməyəcəyinin göstəricisidir. Əvvəldən də söylədiyimiz kimi, Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneədir.

Ermənistanın təxribatlarına uymayacağını, beynəlxalq hüququn təməl prinsiplərindən qaynaqlanan legitim özünümüdafiə haqqını beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində istifadə etdiyini və dinc əhaliyə zərər gəlməməsi üçün mümkün olan bütün addımlar atdığını bəyan edən Azərbaycanın mövqeyini dəstəkləyirik".


Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti