Ukraynada oğurlanan müxalifət lideri tapıldı

Ukraynada oğurlanan müxalifət lideri tapıldı
  31 Yanvar 2014    Oxunub:1075
“Avtomaydan” hərəkatının yanvarın 22-də oğurlanan lideri Dmitri Bulatov diri tapılıb və xəstəxanaya yerləşdirilib.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ölkə müxalifətinin əsas iştirakçılarından olan, “Avtomaydan” hərəkatının lideri Dmitri Bulatov Kiyev yaxınlığındakı Vişenki kəndində tapılıb.

Yanvarın 22-dən bəri oğurlanan Bulatov aşkar olunan zaman ağır vəziyyətdə olub. Xəstəxanada jurnalistlərə açıqlama verən hərəkat lideri “rus aksenti ilə danışan” naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. 8 gün gözübağlı şəraitdə saxlanılan Bulatovun qulağının kəsildiyi, bədənində, üzündə və qollarında dərin kəsiklərin olduğu bildirilir.

Onu oğurlayanlar 8 gün ərində onu girov saxlayıb, işgəncə verdikdən sonra maşınla Vişenki kəndində yol qırağına atıblar. Yerli sakinlərdən birinin evindən dostklarına zəng edən Bulatov Kiyevin “Boris” xəstəxanasına yerləşdirilib.

Oğurlanmazdan öncə, Bultov hakimiyyət tərəfindən ona qarşı təzyiqlərin artdığını bildirmişdi.
Ukrayna Daxili İşlər Nazirliyi isə faktla bağlı araşdırma aparıldığını və müxalifətçinin oğurlayan şəxslərin şəxsiyyətini müəyyən edəcəklərini bildiriblər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti