Türkiyədə koronavirusdan daha 57 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 57 nəfər ölüb
  05 Oktyabr 2020    Oxunub:2271
Türkiyədə son sutka ərzində 57 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1429 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 8441, virusa yoluxanlar isə 324 443 nəfərə çatıb.

Türkiyədə indiyədək 285 050 pasiyent (son sutkada 1182 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   virus  





Xəbər lenti