Aİ rəsmisi Bakı və İrəvanı danışıqlara çağırdı

Aİ rəsmisi Bakı və İrəvanı danışıqlara çağırdı
  05 Oktyabr 2020    Oxunub:2559
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Ermənistan-Azərbaycan münaqişəsində mülki əhali arasında itkilərin sayının artmasını qəbuledilməz adlandırıb və hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Azvision.az xəbər verir ki, C.Borrel bu barədə "Twitter"də yazıb.

"Həftəsonu Ermənistan və Azərbaycan nazirləri ilə danışıqlar apardım. Mülki itkilərin artması qəbuledilməzdir. Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır", - deyən Borel hesab edir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar qısa müddətdə bərpa olunmalıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti