BMT Suriya danışıqlarından narazı qaldı

BMT Suriya danışıqlarından narazı qaldı
  31 Yanvar 2014    Oxunub:965
“Cenevrə-2” formatlı danışıqlarının ilk mərhələsi nəticəsiz yekunlaşıb.
BMT-nin Suriya münaqişəsi üzrə səlahiyyətli nümayəndəsi Laqdar Brahimi hələ ki, Bəşər Əsəd və müxalifət nümayəndəli arasında razılıq əldə oluna bilmədiyini açıqlayıb.

AzVision.az-ın Qərb KİV-lərinə istinadən verdiyi məlumata görə, “Suriya danışıqları dalana dirənib. Sülh danışıqlarının ilk mərhələsi heç bir önəmli nəticələrə əldə olunmadan yekunlaşıb”-deyə Brahimi prosesi şərh edib.
Onun sözlərinə görə, nə Bəşər Əsəd hakimiyyətinin rəsmləri, nə də ki, müxalifət nümayəndələri əsas məsələlərin: hərbi əməliyyatların dayandırılması, keçid hökumətinin formalaşdırlması və dinc sakinlərə humanitar yardımların edilməsi üçün koridorların yaradılması barədə razılığa gələ bilməyiblər.

Lakin BMT təmsilçisi əsas ümidlərinin 10 gündən başlayacaq danışıqların 2-ci mərhələsinə olduğunu vurğulayıb. Onun fikrincə, bu fasilə münaqişə tərəfdarları ilə yanaşı vasitəçi ölkələrin, ilk növbədə Rusiya və ABŞ-ın öz mövqelərinə yenidən baxmağa və kompromisin əldə olunmasına yardım edəcəyini düşünür.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti