Prezident qanuna dəyişikliyi təsdiq etdi

 Prezident qanuna dəyişikliyi təsdiq etdi
  19 Mart 2013    Oxunub:1363
Prezident vətəndaşlığı olmayan şəxslər və Azərbaycanda 30 gündən artıq yaşamaq istəyən əcnəbilərlə bağlı qanuna dəyişiklikləri təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanuna dəyişiklikləri təsdiqləyib. APA-nın məlumatına görə, qanunun tələblərinə əsasən Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 iş günü ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (6 saylı Əlavə) və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Ərizə-anketin blankları müvafiq icra hakimiyyəti orqanından və ölkə üzrə bütün poçt şöbələrindən əldə edilir. Ərizə-anketin elektron forması müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilir. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbini olduğu yer üzrə qeydiyyata alır və bu barədə 48 saat ərzində qəbul edən tərəfə məlumat verir. Əcnəbilər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

- Viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
- Viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər olduğu yerdən getdikdə, qəbul edən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat müddəti başa çatdıqda əcnəbilər qeydiyyatdan çıxarılmış hesab edilir. Əcnəbi olduğu yeri dəyişdikdə, o, bu maddədə nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.


Teqlər:  





Xəbər lenti