Müdafiə Nazirliyi Yanukoviçə şərt kəsdi

Müdafiə Nazirliyi Yanukoviçə şərt kəsdi
  31 Yanvar 2014    Oxunub:923
Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan müraciətə prezidentdən ölkədə qayda-qanun yaratması tələb olunur.
Ukrayna hərbçiləri ölkədə siyasi vəziyyətin qanunvericilik çərçivəsində sabitləşdirilməsini tələb edir.

AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin əməkdaşları öz vətəndaş mövqelərini ifadə etdiklərini bildiriblər. Bundan öncə, ölkənin Müdafiə naziri Pavel Lebedev ölkədəki siyasi qarşıdurmada ordunun neytral qalacağını və heç bir tərəfi dəstəkləməyəcəyini açıqlamışdı.

“Ukrayna Müdafiə Nazirliyinin işçiləri və hərbi qulluqçuları öz vətəndaş mövqelərini ifadə edərək Ali Baş Komandandan mövcud qanunvericilik çərçivəsində ölkədəki vəziyyəti təxirəsalınmaz şəkildə stabilləşdirmək və cəmiyyətlə razılığa gəlməyi çağırır”-deyə müraciətə deyilir.

Xatırladaq ki, hazırda Ukrayna prezidenti Viktor Yanukoviç səhətindəki problemlə bağlı müvəqqəti olaraq müalicə götürüb. Bəzi mənbələr onun yüksək temperaturunun, digər mənbələri sə beynində daxili qanaxmanın olduğunu bildirir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti