Düşmən şəhərlərimizi bu ərazilərdən atəşə tutur

Düşmən şəhərlərimizi bu ərazilərdən atəşə tutur
  05 Oktyabr 2020    Oxunub:3018
Azərbaycan tərəfində olan dəqiq faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis, Cermuk və Berd şəhərlərindən raket atəşlərinə məruz qalıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu faktlarla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılacaq.

XİN rəsmisinin sözlərinə görə, həm yerli, həm də beynəlxalq ekspertlərin, hadisə yerində olan reportyorların və xarici jurnalistlərin iştirakı ilə toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti