Paris Moda Həftəsi: ilin əsas meyilləri – FOTOLAR

Paris Moda Həftəsi: ilin əsas meyilləri – FOTOLAR
  31 Yanvar 2014    Oxunub:3024
Parisdə yüksək moda həftəsi (haute couture) çərçivəsində aparıcı moda evləri öz yeni dizayner fantaziyalarını ictimaiyyətə təqdim ediblər. Yüksək moda ilk növbədə, hazır məhsul deyil, daha çox aktual tendensiyaları göstərmək üçün nəzərdə tutulur. Növbəti mövsüm üçün aparıcı geyim dizaynerlərinin trendlərini sizə təqdim edirik.
Christian Dior və Chanel

Uzun illərdir ki, Chanel moda evinin stilinə cavabdeh olan Karl Laqerfeld və Christian Dior evinin kreativ direktoru Raf Simons bu sahənin `qanunvericiləri` sayılırlar. Onlar ənənəvi olaraq zamanın ruhunu duyur və dizayna yeni, proqressiv baxış təklif edirlər.

Bununla belə, nə birinci, nə də ki, ikinci moda dizayneri böyük tarixə malik, artıq formalaşmış brendlərə işlədiklərini unutmurlar. Laqerfeld ` Chanel`-in özəl cəhətlərini inadla müdafiə edir. Simmons isə `Dior`-un məşhur siluetlərini yaratmaqla bərabər, onlara konstruksiya, faktura və müasir münasibət əlavə edir.

Chanel və Cristian Dior-un fikrincə, ilin əsas trendləri 3D fakturalı parçalar, metalizə olunmuş materiallar, yarımşəffaf materiallar və plastikanın imitasiyası, sinxron təkarlanan perforasiyalar və naxışlar, idman aksessuarları, o cümlədən, tərtibat stili üçün gözlənilməz olan bəzəkli idman ayaqqabıları, bel çantaları, dirsək və bilək üçün aksessuarlar olacaq.

Təxribatçılar: Maison Martin Margiela və Viktor & Rolf

Bu bölmədə klassik qərarları olmayan moda evləri yer alır. Belə ki, Maison Martin Margiela moda evi anonim obrazlar yaradaraq, modellərin üzünü maska arxasında gizlədir. Parisdəki nümayişdə onlar bu kontekstə sətiraltı məna verərək, maskaların üzərində göz təsvirlərinə yer veriblər.

Ümumiyyətlə, bütün kolleksiya incəsənətlə qarşılıqlı münasibətlər üzərində qurulub. Məsələn, bəzək element olaraq tatu-rəsmlərdən istifadə olunub. Düzdü, bu tatu-rəsmlər modellərin bədənlərinə deyil, parça üzərində toxunub.

“Viktor & Rolf” moda evinin təsisçisi olan dizaynerlər- Viktor Horstinq və Rolf Snoren öz növbələrində, minimalizmi mütləqləşdirirlər. Podiuma sürrealist ruhlu, insanda optik illyuziya yaradan tromley rəsmlərin çəkildiyi və demək olar ki, rəngsiz trikolorlu balerinləri çıxır.

`Təxribatçılar`ın fikrincə, əsas trendlər - sürrealizm, aldadıcı optik illyuziya, tatu formasında rəsmlər, XX əsr incəsənətindən ilhamlanmaq.

Mühafizəkarlar: Giambattista Valli və Valentino

Giambattista Valli yüksək moda sahəsində özünü nisbətən ehtiyatlı, qadın obrazlarını kifayət qədər cəsarətli olan futuristik dizayn səviyyəsinə qaldırmağa cəhd göstərməyən və sərt şəkildə ənənəyə riayət edən formada göstərir. Yeganə azadlığı moda evi paltarları mini səviyyəsinə qaldırmaqda nümayiş etdirir.

Bununla belə, o, yüksək tikiş dəyərləri: bahalı materiallar, düşünülmüş formalar, diqqətli tikiş və qadın stilini nəzərə alır.

Pyer Paolo Pikkoli və Mariya Qrasiya Küri isə Valentino evinin dəyərlərini yeniləyərək, süjetlərin dramatikliyini unikal əl işi ilə birləşdirir. Nəticədə kolleksiyanın hər bir modeli sənət əsərinə çevrilir.

`Mühafizəkarlar` əsas trend olaraq çoxölçülü tikiş və applikasiyalar, gül və bitki süjetləri, flora və fauna, materialın fakturası kimi amillərə üstünlük verir.

Monumentalistlər: Armani və Versaççi

Corcio Armani kolleksiyasının yaradılmasına çox ciddi yanaşır. İroniya, yaxud mürəkkəb konsepsiyaya cərrahi müdaxilələr onun üçün deyil. Armnanini yaratdığı yetkin obrazlar yüksək modanın ilk növbədə varlılara və zənginlərə ünvanlandığını göstərir.

Donatella Versaççinin sözlərində də zərrə qədər yumor yoxdur: kolleksiyaların aşkar seksuallığı monumentallığı ilə ziddiyət təşkil etmir, burada yüngüllük və sadəlövhlükdən söhbət belə getmir.

Monumentalistlər aparıcı trend olaraq atlas, dəbdəbəli fakturaya malik materiallar, metallik parıltı, Yaxın Şərqin stilistik motivləri, 1990-cı illərin konstruktiv fəndlərini əsas götürürlər.

Davamçılar: Şaparelli və Vionnet

Köhnə moda evlərini diriltmək hər zaman uğurlu alınmır. Laqerfeld dahi Koko Şanelin qoyduğu dəyərlərin interpretasiya etməyin öhdəsindən uğurla gəldiyi halda, onun rəqibləri bunu bacarmırlar. Şaparelli moda evinin kreativ direktoru olan dizayner Marko Zanini ona etibar edilən sahə üzrə böyük ehtiyatla hərəkət edir və dizaynda inqilab etməkdən çox, tanınmış sələfinin uğurlu gedişlərini təkrarlamağa çalışır. `Vionnet`-in uğurları üçün Hüseyn Çalayan çalışır. O, forma və materiala, xüsusən dinamikaya kifayət qədər diqqət edir.

`Davamçılar`ın əsas trendi: dekonstruktivizmə maraq, monoton rəng qamması, sadə fonda ziddiyyətli detallara, yaxud iri naxışlara diqqətin yönəldilməsi, ayrı-ayrı aksessuarlara böyük məna verilməsi qoyulması.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti