Fransız jurnalistlər erməni təxribatları barədə məlumatlandırıldı - FOTO
Səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad edir. Ölkəmiz daim münaqişənin sülh və danışıqlar yolu ilə həllinə üstünlük versə də, qarşı tərəfin belə niyyəti olmayıb və daim hərbi təxribatlar törədib. İyul ayında Ermənistanın hərbi təxribatından danışan səfir xatırladıb ki, düşmən Tovuz istiqamətində Azərbaycanın beynəlxalq sərhədlərini pozub və əsas enerji daşıyıcılarını hədəfə alıb.
Bu gün də Ermənistanın ölkəmizin mülki infrastrukturunu, mülki əhalisini hədəfə aldığını diqqətə çatdıran R.Mustafayev Ermənistan rəhbərliyinin son günlər səsləndirdiyi təxribat xarakterli fikirləri jurnalistlərin diqqətinə çatdırıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin nəticəsiz qaldığını diqqət çəkən diplomat Azərbaycanın regionda mühüm rolundan söz açıb. Deyib ki, çox mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın regionda balanslaşdırılmış siyasət aparır.
Azvision.az
Teqlər: Fransa Jurnalist Səfir