Həbsdən çıxan Atambayevin ilk fotosu

Həbsdən çıxan Atambayevin ilk fotosu
  06 Oktyabr 2020    Oxunub:1892
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin etirazçılar tərəfindən həbsdən azad edildikdən sonra ilk fotosu yayımlanıb.
Azvision.az xəbər verir ki, fotonu Atambayevin tərəfdarı Kunduz Coldubayeva özünün “Facebook” səhifəsində paylaşıb.

“Almazbek Şarşenoviç bütün xalqa alovlu salamlar göndərir!", - deyə o, Atambayevlə birlikdə fotosuna yazıb.

Xatırladaq ki, Qırğızıstanda parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalar keçirilir. Gecə etirazçılar dövlət administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər. Daha sonra keçmiş baş nazir Sapar İsakov və sabiq prezident Almazbek Atambayev daxil olmaqla bəzi siyasətçiləri sərbəst buraxıblar.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti