İsveçdə qondarma `erməni soyqırımı`na abidə ucalır

İsveçdə qondarma `erməni soyqırımı`na abidə ucalır
  31 Yanvar 2014    Oxunub:1953
Bununla bağlı Stokholm şəhər ətrafı şurasının rəhbəri Bot Şirk qərar qəbul edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində 1915-ci il qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə tikiləcək.

Avropa erməniləri Assambleyasının rəhbəri Qaro Akopyanın sözlərinə görə, qərarın qəbul olunması 1 saat vaxt tələb edib. Nəticədə, şəhər şurasının 54 üzvü qərarın leyhinə, 5 nəfər əleyhinə və 1 nəfər bitərəf olmaqla qərar qəbul olunub. Erməni icma lideri Qaro Akopyanın sözlərinə görə, İsveçdəki sosial-demokratlar və bütün solçu partiyalar erməni soyqırımı məsələsində rəsmi Yerevanı dəstəkləyirlər.

Onun fikrincə, sentyabrda ölkədə keçiriləcək seçkilərdə solçular qalib gələrsə, onda erməni soyqırımının İsveç hakimiyyəti tərəfindən tanınması baş tuta bilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti