Qırğızıstan MSK seçkilərin nəticələrini etibarsız saydı

Qırğızıstan MSK seçkilərin nəticələrini etibarsız saydı
  06 Oktyabr 2020    Oxunub:1992
Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin nəticələrini etibarsız hesab edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə MSK üzvlərindən biri deyib.

İlkin məlumatlara görə, parlamentə hökumətyönümlü “Birimdik” (səslərin yüzdə 24,52), “Mekenim Qırğızıstan” (23,89), həmçinin mərkəzçi “Qırğızıstan” (8,73) və “Bütün Qırğızıstan” (7,11) partiyaları keçib.

7 faizlik baryeri keçməyən digər partiyalar çoxsaylı pozuntular olduğunu bəyan edib.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov seçki prosesi dövründə səslərin alınmasının problem yaratdığını etiraf edib.

Seçkilərdən sonra məğlub olan partiyaların tərəfdarları küçələrə çıxıb. Bunlardan biri keçmiş prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayevin rəhbərlik etdiyi Qırğızıstanın Sosial Demokrat partiyasıdır. Etirazçılar təkrar səs vermə tələb ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti