Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü

Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü
  06 Oktyabr 2020    Oxunub:3768
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.

Xatırladaq ki, Çavuşoğlu bu gün Bakıya gəlib. XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti