Koçaryan yenidən Rusiya səfiri ilə görüşdü

Koçaryan yenidən Rusiya səfiri ilə görüşdü
  06 Oktyabr 2020    Oxunub:2674
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan bildirib.

Məlumata görə, keçmiş prezident rusiyalı səfirlə Dağlıq Qarabağ münaqişəsi zonasındakı hazırkı vəziyyəti müzakirə edib. Görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, R.Koçaryan bir gün əvvəl Rusiya səfiri ilə görüşmək üçün təcili Dağlıq Qarabağdan İrəvana qayıdıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti