Ərdoğan: "Makronun sözləri ədəbsizlikdir"

  Ərdoğan:  "Makronun sözləri ədəbsizlikdir"
  06 Oktyabr 2020    Oxunub:2316
Fransa Prezidenti Makronun müsəlmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” söyləməsi hörmətsizliklə yanaşı, həm də təxribatdır.
Azvision.az xəbər verir ki, bu barədə “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu günə kimi bizim ağzımızdan xristianlıqla bağlı ittiham eşidən oldumu? Sən kimsən ki, islamın böhranı deyə ifadəni ağzına alırsan”.

Ərdoğan bildirib ki, müsəlmanlara hücum etmək avropalı siyasətçilərin öz uğursuzluqlarını ört-basdır etmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Prezident  





Xəbər lenti