Livandan növbəti muzdlu dəstəsi İrəvana yola düşüb

Livandan növbəti muzdlu dəstəsi İrəvana yola düşüb
  07 Oktyabr 2020    Oxunub:4686
Məlumatlı mənbələr Livanın paytaxtı Beyrutdan muzdlu döyüşçüləri daşıyan təyyarənin İrəvana uçduğunu bildirib. Qeyd edilib ki, Ermənistan hakimiyyəti muzdluları işğal etdikləri Azərbaycan ərazilərinə göndərmək niyyətindədir.
Azvision.az info24.ru-ya istinadən xəbər verir ki, Airbus A320-232-nin Livandan Ermənistana uçuşu təyyarələrin hərəkətini real vaxtda əks etdirən Flightradar24 portalının məlumatı əsasında öz təsdiqini tapıb.

Mənbələrə görə, növbəti dəstənin İrəvana yola düşməsi Ermənistanın Azərbaycan ərazisinə zərbə endirmək üçün Yaxın Şərq bölgəsindəki "qaynar nöqtələr"də olan terrorçulardan və muzdlu döyüşçülərdən geniş şəkildə istifadə etdiyini göstərir. Bununla Ermənistan döyüşlərdə verdiyi real itkiləri gizlətməyə çalışır. Rəsmi İrəvan isə şübhəni öz üzərindən atmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə günahlandırır. Lakin bununla bağlı heç bir fakt ortaya qoya bilmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ERmənistan   muzdlu  





Xəbər lenti