Qırğızıstanın Baş Naziri istefa verdi

 Qırğızıstanın Baş Naziri istefa verdi
  07 Oktyabr 2020    Oxunub:2518
Qırğızıstanın Baş Naziri Kubatbek Boronov istefa verib.
Azvision.az xəbər verir ki, Baş Nazirin səlahiyyətləri müvəqqəti olaraq sabiq deputat Sadır Japarova həvalə olunub.

Onun namizədliyini deputatlar dəstəkləyib. Qırğızıstan parlamentinin sədri vəzifəsini isə Mıktıbek Abdıldaev icra edəcək. O, bu postda Dastanbek Cumabekovu əvəzləyir.

Qeyd edək ki, ötən gündən başlayaraq Qırğızıstanda kütləvi etiraz aksiyaları keçirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   Başnazir  





Xəbər lenti