Putin ad gününü necə keçirəcək?

Putin ad gününü necə keçirəcək?
  07 Oktyabr 2020    Oxunub:2166
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sabah ölkə başçısı Vladimir Putinin 68 yaşını necə qeyd edəcəyindən danışıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Peskov Rusiya liderinin həmin gün 10-dan çox beynəlxalq danışıqlar aparacağını bildirib.

"Günün birinci yarısı üçün 10-dan çox beynəlxalq telefon danışığı planlaşdırılır. Bura daxili məsələləri də əlavə edin. Günün ikinci yarısını isə yəqin ki, ənənəvi olaraq dostlar, qohumlar və yaxınlarla keçirəcək".

Onun sözlərinə görə, Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılmır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin   doğumgünü  





Xəbər lenti