Əhməd Mustafayevin "Ana, əsgər gedirəm" ifası MAG-da

Əhməd Mustafayevin "Ana, əsgər gedirəm" ifası MAG-da
  07 Oktyabr 2020    Oxunub:10838
Həftə içi 5 gün İTV-də yayımlanan və Gənclər və İdman Nazirliyinin layihəsi olan MAG (Müasir Azərbaycan Gənci) verilişi hər gün vətənpərvərlik mövzuları ilə tamaşaçıların görüşünə gəlir.
Müharibə şəraitinə görə hazırda daha çox vətənpərvərlik mövzularına toxunan MAG-da məşhur ifaçılar da qonaq olur. Belə qonaqlardan biri də Əhməd Mustafayevdir.

Əhməd Mustafayevin "Ana, əsgər gedirəm" mahnısı könüllü olaraq müraciət edən gənclərə, eləcə də müharibədə iştirak edən bütün igidlərin dilbər əzbəri olub. Qeyd edək ki, Əhməd Mustafayevin qardaşı hazırda ölkəmizdə gedən müharibədə ön cəbhədə torpaqlarımızın azadlığı ugrunda düşmənlə mübarizə aparır.

Haqqında danışdığımız ifadan bir hissəni oxuculara təqdim edirik:



Azvision.az



Teqlər: MAG  





Xəbər lenti