Əlbəttə ki, erməni təbliğat maşınının bu cür böhtan dolu məlumatları tamamilə əsassızdır. Ordumuz üzərinə qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəldiyindən Azərbaycanın muzdlu və terrorçuları cəlb etməsinə ehtiyac yoxdur. Üstəlik, Azərbaycanın kifayət qədər ehtiyat qüvvəsi var. Başqa tərəfdən - 80-ci illərin sonlarından, yəni Qarabağ münaqişəsi başlayandan bəri Yaxın Şərqin bəzi ölkələrindən olan erməni terrorçularının xidmətlərindən istifadə edən Ermənistan olub.
Dediklərimizi əsaslandırmaq üçün Yaxın Şərq terrorçularının Azərbaycana və mülki əhalimizə qarşı təcavüz müharibəsində iştirakına dair konkret faktlar gətirək.
Beləliklə, Azərbaycanın Müdafiə Nazirliyi müntəzəm olaraq qənimət kimi ələ keçirilmiş düşmənin çox sayda silahının, döyüş və avtomobil texnikasının videolarını yayımlayır. Videoların birində, Ermənistan ordusu üçün standart olmayan qeyri-adi silahlar üzə çıxdı. Bunlar məhz suriyalı döyüşçülər üçün ənənəvi olan minaatanlar, qaz balonları və digər silahlardır.
![](https://azvision.az/photos/2020/10/ordu2-1602066220.jpg)
![](https://azvision.az/photos/2020/10/ordu3-1602066236.jpg)
Bu minaatan Yaxın Şərqdəki terrorçuların “vizit kart”larından biridir. Balon ammonium nitrat, yaxud da digər partlayıcı ilə doldurulur. Bəzən əlavə çarpıcı elementlər qoyurlar - kiçik boltlar, metal parçaları, nazik polad plitələr və s. Sonra balona partlayıcı əlavə olunur və atəş dəqiqliyini təmin etmək üçün aşağı hissəyə detal bərkidilir.
Ümumiyyətlə, bu silah bir neçə nəfər tərəfindən istifadə edilir. Çünki kustar üsulla hazırlanmış bombanı daşımaq asan deyil.
![](https://azvision.az/photos/2020/10/ordu4-1602066320.jpg)
Bəs Yaxın Şərq terrorçularının silahları Qarabağdakı erməni işğal kontingentinə necə gəlib? Cavab aydındır - bunu terrorçular özləri gətiriblər, çünki bu, onların ənənəvi silahıdır. Terrorçular və yaraqlılar dərhal döyüşə atıldığından, Ermənistan ordusu tərəfindən qəbul edilmiş standart silahlarla işləməyi öyrənmək üçün vaxtları yoxdur.
Lakin nə erməni təbliğatının böhtanları, nə də xarici muzdluların Ermənistan tərəfində iştirakı işğalçını xilas edir. Artıq hər kəsə aydındır ki, Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifəyə - Qarabağın erməni işğalından tamamilə azad edilməsinə doğru inamla irəliləməyə davam edir.
Pərvanə Sultanova
Azvision.az