Koreyada erməni təxribatı ilə bağlı brifinq keçirilib

Koreyada erməni təxribatı ilə bağlı brifinq keçirilib
  08 Oktyabr 2020    Oxunub:1762
Oktyabrın 6-da Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yerli mətbuat orqanları üçün brifinq keçirilib.
Azvision.az -ın məlumatına görə, brifinq zamanı səfir Rəmzi Teymurov Ermənistanın Azərbaycana qarşı son hərbi təcavüzü, hazırda cəhbə bölgəsində yaranmış vəziyyət haqda məlumat verilib.

Münaqişənin tarixindən danışan səfir bildirib ki, bəzi Qərb KİV-lərində, o cümlədən, bəzi Koreya KİV-də Dağlıq Qarabağın “mübahisəli bölgə” kimi təqdim edilməsi təəssüf doğurur. Çünki beynəlxalq sənədlər Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını təsdiq edir və bunu birmənalı şəkildə pisləyir. “Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi məhz işğal olunmuş ərazi kimi təsbit edilməlidir”, deyə səfir qeyd edib.

Onun sözlərinə görə, son 30 il ərzində Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməməsi, əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar törətməsinin səbəbi beynəlxalq ictimaiyyətin, o cümlədən bəzi ölkələrin “neytral” mövqe tutması və işğalçı tərəflə işğala məruz qalan tərəfə fərq qoymamasıdır.

“Biz Koreya ictimaiyyəti və dövlətindən Azərbaycanı dəstəkləməyi yaxud bizim ölkənin tərəfinin tutulmasını deyil, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət göstərilməsini gözəyirik”,- deyə diplomat bildirib.

Azvision.az


Teqlər: Koreya  





Xəbər lenti