Koronavirus Ağ Evdə yayılıb

Koronavirus Ağ Evdə yayılıb
  08 Oktyabr 2020    Oxunub:1918
ABŞ-da Prezident Donald Trampın koronavirusa yoluxmasından sonra Ağ Evin işçilərindən COVID-19 testi götürülüb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı “ABC” televiziyası Federal Fövqəladə İdarəetmə Agentliyinin (FEMA) sənədinə istinadən yayıb.

Qeyd olunub ki, Ağ Evin 34 işçisində və onlarla təmasda olan insanlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və xanımı Melanya Tramp yeni növ koronavirusa yoluxublar.

Azvision.az


Teqlər: Ağ-Ev   Koronavirus  





Xəbər lenti