Fransadakı ermənilər Qarabağa döyüşməyə gəlir

 Fransadakı ermənilər Qarabağa döyüşməyə gəlir
  08 Oktyabr 2020    Oxunub:8894
Bir sıra ölkələrdən erməni əsilli şəxslərin və muzdluların Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməsi barədə xarici mediada mütəmadi olaraq məlumatlar verilir.
Azvision.az “FRANCE 24”ə istinadən xəbər verir ki, Fransada yaşayan ermənilər də Azərbaycana qarşı döyüşmək üçün Ermənistana qayıdırlar.

Fransanın qərbində yaşayan Vardan adlı erməni inşaatçı deyib ki, Dağlıq Qarabağda döyüşmək üçün ölkəsinə qayıtmaq barədə qərar verib.

Bundan başqa, 1990-cı illərdə Qarabağda döyüşmüş 45 yaşlı digər erməni bir qrupla Ermənistana qayıdıb, cəbhəyə getməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, beynəlxalq qanunlara əsasən, onlar xarici döyüşçülər hesab olunur. Fransa qanunvericiliyi də bu ölkə vətəndaşlarının digər ərazilərdəki hərbi əməliyyatlarda iştirakına icazə vermir. Göründüyü kimi, Ermənistan hakimiyyəti və xaricdəki ermənilər bütün beynəlxalq norma və qanunları pozur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Qarabağ  





Xəbər lenti