Ermənistanda COVID-19-dan ölüm sayı mini keçdi

Ermənistanda COVID-19-dan ölüm sayı mini keçdi
  08 Oktyabr 2020    Oxunub:1909
Ermənistanda son sutka ərzində daha 718 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 54 473 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 9 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1004-ə çatıb. Aktiv koronavirus xəstələrinin sayı 7855 nəfərdir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti