Vanetsyan: "Onun təyinatı xəyanət idi"

 Vanetsyan:  "Onun təyinatı xəyanət idi"
  08 Oktyabr 2020    Oxunub:2383
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan Arqishti Kyaramyanın vəzifəsindən azad edilməsinə münasibət bildirib.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vanetsyan onun təyinatını xəyanət adlandırıb.

"Əvvəldən Kyarmyanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edilməsinin milli təhlükəsizlik üçün təhdid olduğunu söyləmişdim", - deyə Vanetsyan bildirib.

Qeyd edək ki, bu gün Arqishti Kyaramyan MTX direktoru vəzifəsindən azad edilib. Bu, son iki ildə Ermənistanda MTX direktoru vəzifəsindən gedən üçüncü şəxsdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MTX  





Xəbər lenti