Cenevrədə Qarabağa dair görüş başlayıb

 Cenevrədə Qarabağa dair görüş başlayıb
  08 Oktyabr 2020    Oxunub:4594
Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) və Azərbaycan nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılır.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Fransanın BMT-nin Cenevrə ofisi yanında Daimi nümayəndəliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, görüş BMT-dən kənarda, qapalı formada keçirilir. Danışıqlarda Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Cenevrədə səfərdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Cenevrə  





Xəbər lenti