Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 527 nəfər koronavirusa yoluxdu
  09 Oktyabr 2020    Oxunub:1458
Gürcüstanda son sutka ərzində daha 527 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 10 752-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 5866 pasiyent sağalıb, 72 nəfər dünyasını dəyişib. Hazırda karantində 5574, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğası yaşanır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   virus  





Xəbər lenti