Moskva görüşünün nəticələri açıqlandı - YENİLƏNİB

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib.
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər”.
***
Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirləri – Sergey Lavrov, Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşü keçirilib.
Azvision.az xəbər verir ki, nazirlərin görüşü Rusiya XİN-in Qəbul Evində 10 saatdan çox davam edib.
Danışıqların detalları hələlik məlum deyil. Yaxın saatlarda bununla bağlı KİV-ə açıqlama veriləcəyi gözlənilir.
Xatırladaq ki, Qarabağa dair məsləhətləşmələr Prezident Vladimir Putinin dəvəti əsasında baş tutub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ Müzakirə Rusiya