Türkiyədə koronavirusdan daha 55 nəfər öldü

Türkiyədə koronavirusdan daha 55 nəfər öldü
  10 Oktyabr 2020    Oxunub:1568
Türkiyədə son sutka ərzində 55 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1629 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8722, virusa yoluxanlar isə 332 382 nəfərə çatıb.

Türkiyədə indiyədək 291 754 pasiyent (son sutkada 1402 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti