Ketrin Eşton Yanukoviçə:`Dərhal dayandırılsın!`

Ketrin Eşton Yanukoviçə:`Dərhal dayandırılsın!`
  01 Fevral 2014    Oxunub:997
Avropa İttifaqının xarici əlaqələr üzrə ali nümayəndəsi Ketrin Eşton Ukraynadakı hadisələrdən dolayı narahatlığını ifadə edib.
AzVision.az Qərb KİV-lərinə istinadən xəbər verir ki, Münhendə Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edən Ketrin Eşton Ukrayna müxalifətinin nümayəndələri ilə görüş keçirib.

Görüşdən sonra jurnalistlərə açıqlamasında Eşton “Avromaydan” hərəkatının lideri Dmitri Bulatovun döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı xəbərdən sarsıldığını dilə gətirib və Ukrayna hakimiyyətindən zorakılıq hallarına son qoyulmasını tələb edib.

“Mən zorakılıq və işgəncələrlə bağlı məlumatlardan narahatam. Xüsusən, Dmitri Bulatovla olan amansız rəftar və işgəncələr, onun xəstə yatağında ikən həbs etmək cəhdləri ilə bağlı xəbərlərdən sarsılmışam. Bu heç cürə qəbul olunası hal deyil və dərhal dayandırılmalıdır”.

Avropa İttifaqının xarici siyasət rəhbəri tezliklə Kiyevə səfər edəcəyini açıqlayıb.

Xatırladaq ki, “Avromaydan 2 hərəkatının lideri Dmitri Bulatov yanvarın 22-də naməlum şəxslər tərəfindən oğurlanmışdı. 8 gün sonra tapılan Bulatov girov olduğu müddətdə ağır işgəncələrə məruz qalmışdı. Onun qulağı kəsilmiş, baş və qol nahiyələrinə bıçaqla xəsarətlər yetirilmişdi.

Ukrayna Daxili İşlər Nazirliyi isə yaydığı açıqlamada Dmitri Bulatovun kütləvi aksiyaların təşkilində əsas təşkilatçılardan biri olduğunu bildirmişdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti