Avstriya XİN humanitar atəşkəsi alqışladı

 Avstriya XİN humanitar atəşkəsi alqışladı
  10 Oktyabr 2020    Oxunub:2038
Avstriyanın Xarici İşlər Nazirliyi Bakı və İrəvan arasında əldə edilmiş humanitar atəşkəsi alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Avstriya XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Ermənistanla Azərbaycan arasında əldə edilən humanitar atəşkəsə dair razılaşmanı alqışlayırıq. ATƏT-in Minsk Qrupunun dəstəyi ilə substantiv danışıqların ən qısa müddətdə başlayacağına ümid edirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avstriya   Atəşkəs   Qarabağ  





Xəbər lenti