Ceyhun Bayramov və Çavuşoğlu Moskva görüşünü müzakirə edib - YENİLƏNİB
XİN-dən Azvision.az -a verilən məlumata görə, telefon danışığı zamanı Ceyhun Bayramov Moskva şəhərində Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə türkiyəli həmkarını məlumatlandırıb.
Mövlud Çavuşoğlu Türkiyənin əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, davamlı həll yolu olmadığını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
***
11:40
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. C.Bayramov Moskvada Dağlıq Qarabağ münaiqşəsinə dair keçirilən görüş barədə Çavuşoğluna məlumat verib.
M.Çavuşoğlu deyib ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qarabağ